Prezident İlham Əliyev Azərbaycan Respublikasının diplomatik xidmət orqanları əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb. Təltif edilənlər arasında ADA Universitetinin rektoru Hafiz Paşayev və prorektoru Fariz İsmayılzadə də var. Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarında səmərəli fəaliyyətinə görə ADA Universitetinin rektoru, səfir Hafiz Paşayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, həmin universitetin prorektoru Fariz İsmayılzadə isə “Tərəqqi” medalı ilə təltif edilib.