Mayın 30-da təhsil naziri Ceyhun Bayramov “Quacquarelli Symonds” (QS) beynəlxalq reytinq təşkilatının Şərqi Avropa və Mərkəzi Asiya üzrə regional direktoru Zoya Zaitseva ilə görüşüb.

Görüş zamanı Ceyhun Bayramov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müəyyən etdiyi hədəflərə uyğun olaraq aparılan islahatlar barədə qonağa məlumat verib.

Görüşdə Azərbaycanın ali təhsil müəssisələrinin “QS” beynəlxalq reytinqində təmsil olunması ətrafında fikir mübadiləsi aparılıb.