“Son illərdə xarici aparıcı ali təhsil müəssisələrində təhsil alan gənclərin sayı artmaqdadır”.

Bunu təhsil nazirinin müşaviri, Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin rəisi vəzifəsini icra edən Həsən Həsənli deyib.

O bildirib ki, xaricdə təhsil sahəsində sui-istifadə halları mövcuddur: “Biz bu sahədə bərabərliyi və ədalətli rəqabəti dəstəkləməliyik. Ölkədən çıxmadan həkimlik dərəcəsi almaq istəyənlər, 4 il təhsil aldığı ölkənin dilini bilməyənlər, sənədləri saxta olan tələbələr var”.

H. Həsənli bu məsələdə valideynləri və tələbələri diqqətli olmağa çağırıb: “Tələbələr xaricdə təhsil aldıqları ali məktəblərin diplomlarının həmin ölkədə tanınıb-tanınmamasına diqqət yetirməlidirlər”.