Bakıda Heydər Əliyev Fondu tərəfindən inşası başa çatdırılan 800 yerlik yeni yataqxana kompleksinin istifadəyə veriləcəyi tarix bəlli olub.

Təhsil Nazirliyindən ONA-nın sorğusuna verilən cavaba görə, yeni yataqxana korpusu növbəti tədris ilindən istifadəyə veriləcək. Yeni yataqxana Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Nəsimi rayonu ərazisində yerləşən köhnə və sökülmüş yataqxanalarının yerində tikilib.

Əlavə olaraq, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl Sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə texniki yardım layihəsi həyata keçirilir