Bakı Avrasiya Universitetində Şuşanın işğalının 27-ci ildönümü münasibətilə tədbir keçirilib.Tədbirdə universitetin Tədris İşləri üzrə prorektoru,filologiya üzrə fəlsəfə doktoru,dosent Nigar Hüseynova, Tədrisin Təşkili Departamentinin rəhbəri Mənsim Məmmədov,Tərcümə kafedrasının müdiri Sevda Rzayeva da iştirak ediblər.Tədbirdə çıxış edən İngilis dili fakültəsinin tələbələri ingilis dilində məruzələr edib,Şuşanın tarixi,ordakı dağıdılmış mədəniyyət və incəsənət nümunələrindən danışıblar.Bildirilib ki,mənfur erməni hərbi birləşmələri 1992-ci ilin 8 may tarixində Şuşaya amansız hücum edərək,şəhəri artileriya atəşənə məruz qoyaraq,yerli əhalini öldürüb,ordakı tarixi abidələri yerlə yeksan ediblər.Şuşanı misiqinin beşiyi adlandıran tədbir iştirakçıları bildiriblər ki,erməni daşnaqları həmin gecə musiqimizlə,incəsənətimizlə bağlı olan bir çox təhsil müəssisələrini,musiqi məktəblərini,məscidləri,kitabxanaları,elm ocaqlarını talan edərək yer üzündən siliblər.Tədbirin sonunda Şuşa ilə bağlı görüntülər nümayiş olunub.