Dövlət İmtahan Mərkəzi (DİM) 9-cu sinif üzrə buraxılış imtahanlarında iştirak edən şagirdlərə müraciət edib.O-nın DİM-ə istinadən verdiyi xəbərə görə, müraciətdə imtahanın hər iki mərhələsi üzrə toplanıla bilən bal və kolleclərə qəbul olmaq üçün müsabiqə şərtləri açıqlanıb.

Bildirilib ki, IX sinifdə təhsil alan şagirdlər üçün buraxılış imtahanı “tədris dili”, “Riyaziyyat” və “xarici dil” fənlərindən olmaqla iki mərhələdə keçirilir, birinci mərhələdə şagirdlərə 45, ikinci mərhələdə isə 90 test tapşırığı təqdim edilir.