Azərbaycan Prezidenti İlham ƏliyevADA Universitetinin Nizamnaməsində dəyişiklik edilməsi haqqında fərman imzalayıb.

“Eduaz” xəbər verir ki, dəyişikliklə ADA Universiteti həm də orta ixtisas təhsili üzrə kadr hazırlığını, orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan dövlət ali təhsil müəssisəsi hesab olunacaq.

Universitetin tərkibinə institutlarla yanaşı, kolleclər daxil edilir.

Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələləri üç ay müddətinə həll etmək tapşırılıb.